Ölkə

Bakının üç rayonunda qaz kəsiləcək

12 Noyabr 2025 10:02
Baxış: 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Milli.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Xəzər və Nərimanov rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar noyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Gülçülük yaşayış massivinin, Nərimanov rayonu üzrə Çermet qəsəbəsinin, S.Ələskərov, Hacı Murad, R.Şıxəliyev, V.Əmirsayadov, Ə.Rəcəbli, 1-ci və 2-ci Paralel, M.Uluqbəy, F.Yusifov, A.Nemətulla, Ə.Əliyev və Y.Çəmənzəmənli küçələrinin, Yasamal rayonu üzrə isə H.Cavid, Bülbül, Mətbuat, Azərbaycan, Azadlıq prospektlərinin, M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşenli, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və M.Rastropoviç küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.