Ölkə

Qalmaqallı məktəb direktoru işdən çıxarıldı

10 Oktyabr 2025 09:16
Baxış: 1 003
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səs yazısı yayılan Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) Milli.Az-a verilən məlumata görə, bununla bağlı Agentliyin direktoru Eşqi Bağırov Əmr imzalayıb.

Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısında 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.