Ölkə

Sabah bu ərazilərdə qaz olmayacaq

6 Oktyabr 2025 19:20
Baxış: 436
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar 07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin "Qanlı göl" ərazisində yerləşən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. 

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.