Ölkə

Rusiyanın sərhəd gəmisi Bakı limanında - FOTO

23 Sentyabr 2025 14:15
Baxış: 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində cari ilin 23 sentyabr tarixində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.

Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində "Sərhədçi" İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların "Heydər Əliyev Mərkəzi" və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.