Ölkə

Bu qadının Bakıda evlərə girməyə çalışdığı deyilir - VİDEO

5 Sentyabr 2025 09:44
Baxış: 574
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.

Milli.Az xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.

Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.