Ölkə

Qızıl Aypara Cəmiyyəti Trend İnformasiya Agentliyini 100 illik yubiley medalı ilə təltif edib - FOTO

1 Sentyabr 2025 14:12
Baxış: 269
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslan Trend İnformasiya Agentliyinin direktoru İlqar Hüseynova Cəmiyyətin 100 illik yubiley medalını təqdim edib.

N.Aslan ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Trend-i Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvləri və öz adından 30 illik yubiley münasibətilə təbrik edib.

"Azərbaycan azad sözə plüralizma, əxlaqi-mənəvi maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik xəbərlərə olan tələbat Milli mətbuatımız tərəfindən ödənilir. Müstəqil tərəfsiz, qərəzsiz, doğru dürüst informasiyanın operativ çatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarından fərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən "Trend İnformasiya Agentliyi bu illər ərzində oxucuların dərin rəğbətini qazanıb.

Ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Sizi və kollektivinizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvləri və şəxsən öz adımdan fəaliyyətinizin 30 illik Yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qloballaşan dünyamızda Elektron Kütləvi İnformasiya vasitələrinin bolluğu şəraitində öz imicini saxlamaq, yeni-yeni oxucu cəlb etmək çox çətindir. Lakin, buna baxmayaraq, Siz ətrafınıza peşəkar, müasir dünya mediasına inteqrasiya etməyi bacaran kollektiv toplamaqla bunun öhdəsindən gəlmiş və Trend İnformasiya Agentliyini daha da inkişaf etdirmisiniz.

Sizin agentliyin keçdiyi şərəfli yol müasir Azərbaycan mediası tarixində xüsusi çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayan elektron kütləvi informasiya vasitələri üçün bir örnəkdir.

Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Sizin fəaliyyətinizdə nəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun xiyasi, iqtisadi, sosial və s. Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xəbərlər operativ olaraq işıqlandırılır və dünya arenasına çıxması üçün bir etibarlı mənbə rolunu oynayır.

Fərəhli haldır ki, Sizin 30 illik şanlı Yubileyiniz Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyinin qeyd edildiyi bir vaxta təsadüf edir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə də Trend İnformasiya Agentliyinin kollektivi daim diqqətlə yanaşır. Fəaliyyətlərimiz mütəmadi olaraq Trend İnformasiya Agentliyi saytında işıqlandırılır. Uzun illər Sizinlə olan əməkdaşlığımızın bariz nümunəsidir ki, respublikada, eləcə də dünyada baş verən hadisələrlə bağlı mənim siyasi təhlillərim mütəmadi olaraq Sizin saytda işıq üzü görür.

Əminəm ki, qarşılıqlı işgüzar əməkdaşlığımız bundan sonra daha da inkişaf edəcək.

Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, milli mətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram", - o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.