Ölkə

Bakı Dəmiryol Vağzalının parklanma xidməti dayandırılır - SƏBƏB

14 Avqust 2025 17:00
Baxış: 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" QSC tərəfindən 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində "28 May" metro stansiyası ətrafında, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Tikinti meydançalarından biri Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.

Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq.

Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola biləcəklər.

Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.