“Əlimyandı”da ucuz satdığınız əmlakınızı - Geri ala bilərsiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlinin (ad şərtidir) pula ehtiyacı olduğu üçün bazar dəyəri 100 min manat olan mənzilini təcili olaraq 95 min manata satışa çıxarır. Alıcılar isə evin təcili satışa çıxarıldığını bildikləri üçün evə 85 min manat, hətta bundan da aşağı qiymət təklif edirlər. Çarəsiz qalan Əli məcbur olub mənzilini 85 min manat təklif edən şəxsə satmalı olur.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, belə hadisələrlə tez-tez qarşılaşmaq olur. Təcrübə onu göstərir ki, istər ticarətdə, istərsə də digər sahələrdə ehtiyacların təcili qarşılanması zərurəti tərəflərdən birini əlverişsiz şərtlərlə qarşı-qarşıya qoyur. Söhbət ondan gedir ki, tələbatın təcili olması qarşı tərəf üçün fürsətə, bir çox hallarda sui-istifadəyə çevrilir. Nəticədə tərəflərdən birinin xeyli itkisi digərinə böyük qazanc yaradır.
Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Sözügedən məsələdə haqlı olan kimdir?
Əvvəlcə ondan başlayaq ki, Mülki Məcəllənin 4-ü bölməsi əqdlər barədədir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdin bir növüdür.
Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
Həmçinin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında bildirilib ki, qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanı verir. Bu halda əqd məhz zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Əqd etibarsız olduqda (müəyyən istisnalar xaric) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.
Beləliklə, Əli də mənzili ilə bağlı özü üçün əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu müqaviləni qarşı tərəfi məlumatlandırmaqla mübahisələndirə bilər. Qarşı tərəf bununla razılaşmadığı halda isə Əlinin məhkəmədə iddia qaldırması mübahisəni həll etmək imkanı verir. Müqavilə etibarsız olduqdan sonra Əli pulu qaytarıb mənzilini geri ala biləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





