Ölkə

Bakıda sənəd dələduzluğu: 3 nəfərdən 56 min aldı, amma...

12 Avqust 2025 17:33
Baxış: 436
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktını almaq adı vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri mühakimə olunan Xəyyam adlı şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Bundan əvvəl Xətai rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanıb və ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

İttiham aktına görə, təqsirləndirilən şəxs 3 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmişlərdən birini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı alacağına, digərini Dövlət Reyestr Xidmətindən çıxarış alacağına, üçüncüsünü isə evini təmir edəcəyinə inandırmaqla onlardan müvafiq olaraq 15 000 manat, 6290 manat və 34 750 manat pul (ümumilikdə 56 min manat) alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.