Ölkə

Bu rayonlarda qaz olmayacaq

24 İyul 2025 10:05
Baxış: 1 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakənd kəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq. Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədər S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.