Dünya

ABŞ Suriyada İŞİD lideri və iki oğlunu öldürdü

25 İyul 2025 18:41
Baxış: 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD liderlərindən birini məhv edib.

Milli.Az xəbər verir ki, bu barədə komandanlığın "X" hesabında məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Hələb vilayətinin əl-Bab bölgəsində İŞİD liderlərindən olan Muslih əl-Hardani və onun İŞİD-lə əlaqəli iki oğlu zərərsizləşdirilib.

Qeyd olunub ki, sözügedən şəxslər ABŞ Koalisiya Qüvvələrinə və Suriyanın yeni hökumətinə təhdid xarakteri daşıyıb.

Məlumatda ABŞ qüvvələrinin bundan sonra da terrorçuları hədəf alacağı əks etdirilib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.