Ölkə

Sabah da 41 dərəcə isti olacaq

22 İyul 2025 12:45
Baxış: 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +26 dərəcəyədək, gündüz +33 dərəcədən +37 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +41 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.