Ölkə

Binanın damında hovuz tikdi - Bakıda qeyri-adi hadisə - FOTO

19 İyun 2025 11:35
Baxış: 1 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz tikinti və hovuz inşa edildiyi müəyyən edilib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb. Araşdırmalar nəticəsində dam örtüyündə qanunsuz şəkildə aparılmış tikililərin binanın ümumi konstruksiyasına ciddi təhlükə yaratdığı məlum olub.

İcra Hakimiyyətinin müdaxiləsindən sonra sözügedən qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik və texniki nəzarət tədbirləri həyata keçirilir.

Qeyd edək ki, belə hallarda qanunvericiliyə əsasən, yaşayış binalarının dam örtüyündə hər hansı tikinti və ya qurğu yalnız müvafiq icazə və layihə əsasında həyata keçirilə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.