Ölkə

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

13 İyun 2025 18:05
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun - Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək.

Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirəgiriş sərbəst olacaq. 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdəpopulyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam, aşıq və milli mahnılarımızın ifaçılarının iştirak edəcəyi konsert "Natiq" ritm qrupunun ifasında "Qarabağ ritmləri" ilə başlayacaq. Daha sonra Alim Qasımov, Dilarə Kazımova, EMİN, Faiq Ağayev, Fərqanə Qasımova, İlhamə Qasımova, İradə İbrahimova, Lalə Məmmədova, Manana, Nigar Camal və Eldar, Röya, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Tünzalə Ağayeva və digər tanınmış incəsənət ustaları çıxış edəcək. 

Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.