Türkiyə

Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi

5 İyun 2025 21:00
Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli bina yanır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının səbəbi hələki müəyyən olunmayıb.

Hadisə barədə məlumat verildikdən sonra yanğınsöndürən, 112 Təcili Tibbi Yardım və polis əməkdaşları əraziyə göndərilib.

Yanan binadan 38 nəfər təxliyə olunub. Onlardan biri körpədir. Təxliyə prosesi davam edir.

Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.
 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.