Xəzərdə 160 il sonra ilk: Azərbaycan yaxınlığında göründü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Jurnalist Karli Kassella "ScienceAlert" beynəlxalq jurnalında Xəzərdəki "Kabus ada" ilə bağlı sensasion fikirlər yazıb.
Milli.Az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O, yazının qısa icmalını təqdim edib:
"ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə üzə çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür".
Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məşhurdur. Azərbaycan dərin sirləri ilə diqqət çəkir. Bunlardan biri də Xəzər dənizinin mistik xüsusiyyətləri və onun ətrafındakı hekayələrdir. Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana saysız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.
2023-cü ilin fevral ayında peyk görüntüləri palçıq leyləsi ilə əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar etdi. Təhlillər göstərdi ki, ada 30 yanvar - 4 fevral tarixləri arasında əmələ gəlib. Görüntü 2024-cü ilin sonuna qədər davam edib və yox olub. Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlüyə qalxıb. 1862-ci ilin əvvəllərində bu yamaq yuyulub. Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonra Kabus adanın ölçüsü eni 700 metr, hündürlüyü isə 6 metrə çatıb.
Bu Kabus ada - Çigil adası vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalarla yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.
Qeyd edim ki, dünyada daha bir "Kabus ada" Sakit okeanda görülüb, 2019-cu ildə. Yeni Kaledoniya və Vanuatu və Böyük Baryer Rifi arasında görünüb-itən bu Kabus ada Xəzər dənizində olan Kabus ada kimi alimlərin diqqət mərkəzindədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Könül Kərimova nəvəsi ilə - FOTO
-
Xoş söz adı altında deyilən TƏHQİRLƏR
-
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?
-
2026-cı ilin ən yaxşı yeni AVTOMOBİLLƏRİ
-
Romalılar niyə uzanıb yeyirdilər?
-
Əsl vampirin sifəti BELƏ OLUB
-
Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ
-
Ad gününü övladları ilə keçirtdi - FOTO
-
"Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
-
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
-
Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?
-
Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma
-
Tramp: İrandan gələn yeni təklif qəbuledilməzdir
-
Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
-
Dənə-dənə çiyələk mürəbbəsi hazırlamağın sirri
-
İsrailli nazirin ad günü tortu etiraza səbəb olub - FOTO
-
Bədii gimnastika üzrə Avropa kuboku başa çatdı - FOTO
-
Kahının xarab olmasını gecikdirən sadə saxlama üsulu
-
42 kilometr həyəcan: Bakı marafonu necə yaz fəslinin əsas tədbirinə çevrildi - VİDEO
-
Sərçə sayəsində milyonçu oldu
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
"Sülh planı nüvə məsələlərini əhatə etmir"
-
Lerikdə ildırım vuran gənc ölüb
-
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO





