Ölkə

Bu şəxslərin “çörəkpulu” kəsiləcək? – AÇIQLAMA

2 İyun 2025 16:31
Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi media subyektləri "2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri ("çörəkpulu") kəsiləcək" məzmunlu informasiya yayıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib.

Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.

Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri "məcburi köçkün" statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır. Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri "məcburi köçkün" statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.