Ölkə

Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR

2 İyun 2025 11:03
Baxış: 2 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Milli.Az xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.

Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür. 

Qanunvericiliyə əsasən, 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi - 9 iyun tarixi də istirahət günü hesab olunur.

Beləliklə beşgünlük iş həftəsində çalışanlar üçün iyunun 6-dan başlayaraq 4 gün ardıcıl iş olmayacaq./sfera.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.