Ölkə

“16 yaşlı qızın toyunda iştirak edən hər kəs...” - Deputat narahatdır

30 May 2025 14:13
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qorumalıyıq".

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı ailə və cəmiyyət dəyərləri ilə bağlı narahatlığını ifadə edərkən deyib.

Deputat bildirib ki, son illər cəmiyyətdə boşanmaların və yeniyetmələr arasında cinayət hallarının artması ciddi narahatlıq doğurur:

"Ailə institutunun qorunması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Təəssüf ki, bəzi televiziya verilişləri ailə dəyərlərinə zidd məzmun təqdim edir və bu da prosesə mənfi təsir göstərir. Belə verilişlərin dayandırılmasının vaxtı artıq çatıb".

Ceyhun Məmmədov əlavə edib ki, bu istiqamətdə yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür:

"16 yaşlı qızın toyunda iştirak edən hər kəs bu qanunsuzluğa şərikdir. Bütün cəmiyyət buna biganə qalmamalıdır", - deyə deputat vurğulayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.