Bakıda 2 nəfəri elektrik cərəyanı vuraraq, öldürüb.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Qəsəbə ərazisində yerləşən marketlərdən birinin reklam lövhəsini dəyişərkən Gəncə şəhər sakini 24 yaşlı Elvin Nazim oğlu Zeynalovu və Sumqayıt şəhər sakini 44 yaşlı Ayxan Sevindik oğlu Əsgərovu elektrik cərəyanı vuraraq, öldürüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az