Ölkə

Azərbaycanda həbs edilmişdi, ölkəsinə təhvil verildi

26 May 2025 15:39
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin fevralında Azərbaycanda müəyyən olunaraq həbs edilmiş Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.