İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail səfirliyi "X" hesabında məlumat paylaşıb.
"İsrail dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capital" Yəhudi Muzeyinin qarşısında baş verən silahlı hücum nəticəsində İsrail səfirliyində çalışan iki diplomat həyatını itirib.İnsidenti törətməkdə şübhəli bilinən Elias Rodriges saxlanılıb.
Milli.Az