Ölkə

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

19 May 2025 17:34
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.

O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.

Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.

Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.