Ölkə

AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır

15 May 2025 16:12
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu həftəsonu "Sürətin evolyusiyası" ilə daha da maraqlı olacaq. Belə ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə klassik avtomobillər, sürət avtomobilləri və "Supercar"ların sərgisi keçiriləcək.

Milli.Az xəbər verir ki, mayın 17-də Əziz Əliyev küçəsindən Qoşa Qala qapısınadək ərazidə 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə müxtəlif növ sürət avtomobilləri, "Supercar"lar sərgilənəcək.

Sərgi ilə tanışlıq ödənişsizdir.

Avtomobillərin hər biri unikal və sərgi eksponatı olduğundan onlar küçəboyu yaradılmış xüsusi zonada təqdim ediləcək. Həmin əraziyə yalnız sərgilənən avtomobillərin sahibləri daxil ola biləcək.

Küçə boyunca xüsusi ayrılmış tamaşaçı zonası yaradılacaq. Bu hissədən sərginin avtomobillərini izləmək mümkün olacaq.

Bəzi izləyicilərin avtomobillərlə daha yaxından tanışlıq imkanı ola bilər. Belə ki, tədbirin gedişatında bəzi izləyicilər yalnız avtomobil sahiblərinin icazəsi və dəvəti ilə avtomobillərə əyləşə və daha yaxından tanış ola biləcək.
Sərgi iki gün ərzində saat 11:00-dan 19:00-a qədər davam edəcək. İzləyicilər klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını görmək imkanı qazanacaq, tədbirin ab-havasından zövq ala biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.