Ölkə

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

15 May 2025 16:16
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Bu barədə Milli.Az-a Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib. Bildirilib ki, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

"Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı "Mercedes Axor" markalı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb", - rəsmi məlumatda qeyd edilib.

Oxu.az-ın hadisə yerindən paylaşdığı videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.