Ölkə

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

15 May 2025 13:38
Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə mayın 17-si saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.

Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.