Ölkə

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

5 May 2025 20:28
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.

Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər - bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.

Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək, təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:

"Layihə çərçivəsində bu kartın çox funksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir.

Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən "TələbəPlus" kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75%-ə qədər endirimlərdən yararlana bilərlər.

Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.