Ölkə

Növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

1 May 2025 17:00
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək.

Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.