Ölkə

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu

1 May 2025 16:55
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

Milli.Az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə "Porche" markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin "saxla" işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib.

Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib. 

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.