Ölkə

Kamran Əliyev yenidən Baş prokuror təyin ediləcək

1 May 2025 09:31
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatı Milli Məclisə daxil olub.

Trend-in məlumatına görə, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklif edilir.

Qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.

Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.