Ölkə

10 gündən sonra tapılan dayıqızı-bibiqızı ilə söhbət aparıldı

28 Aprel 2025 18:16
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

"Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.

İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları barədə əlavə məlumatın verilməsi zəruri hesab edilmir", - deyə T. Mərdanoğlu bildirib.

Qeyd edək ki, dayıqızı-bibiqızı olan 2008-ci il təvəllüdlü A.H. və 2007-ci il təvəllüdlü R. H. 16 aprel tarixində yaşadıqları ünvandan çıxaraq itkin düşüblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qızlar aprelin 26-da tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışları aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.