Ölkə

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq - FOTO

23 Aprel 2025 18:19
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin - avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir.

"Sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı təbliğat-maarifləndirmə işi təşkil olunub.

Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.

Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır",- deyə əlavə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.