Ölkə

Qubada "Jiquli" aşdı: sürücünün oğlu öldü, 3 yaralı var

23 Aprel 2025 09:40
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubada avtomobil aşıb.

Milli.Az xəbər verir ki, rayon sakini Ədilov Bayaz Sabir oğlu Susay kəndi ərazisində idarə etdiyi "VAZ-21010" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir Əmrağa oğlu, Daşdəmirov Rəvan Bəybala oğlu və Ədilov Rafiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.