Ölkə

Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

22 Aprel 2025 00:48
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində keçirilən toy mərasimlərində zəhərlənmə halları müşahidə edilir. İnsanların xoş günündə qidalardan zəhərlənmələrinə görə bəzən restoranlar, bəzən onları yoxlamalı olan qurumlar tənqid edilir.

Modern.az-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, vaxtı keçmiş məhsulların şadlıq saraylarına gətirilməsində ilk günahkar şadlıq evlərinin rəhbərləridir:

"Lakin, qarşısının alınması üçün tədbirlər görülür, cərimələr tətbiq edilir. Çünki ortada zəhərlənmə halları vardır. Bu da cinayət sayılır. Belə hallar son günlərdə daha da artıb. Qarşısını almaq üçün cərimələri artırmaq, cəza sistemlərini ağırlaşdırmaq olar".

Ekspert vurğulayıb ki, əksər şadlıq evlərində hətta keyfiyyətsiz məhsullar təqdim edilir (hətta sayları çoxdur). Bir az əvvəlki dövrlərdə buna nəzarət edən qurum və ya şəxslər olmasa da, indi belə deyil. Amma əvvəl qidalar daha təbii, təzə və faydalı yetişdirilirdi. İndi isə, süni və keyfiyyətsiz qidaların sayı çoxdur. 

Qərb təcrübələrinə nəzər yetirdikdə, orada daha fərqlidir. Lakin, bizdə bu zəifdir. Yoxlamalar olsa da, vəziyyət ürəkaçan deyil. Sahibkarlar standartlardan kənara çıxa bilmir. 

Emin Qəribli söyləyib ki, ölkədə otellərə edilən yoxlamalar daha güclüdür. Bunu şadlıq evlərinə də tətbiq etmək lazımdır. Ümumilikdə, mərasim evlərində mətbəx, işçilər, onların sanitar-gigiyenaya necə nəzarət etmələri, alınan məhsullar, hazırlanan qidaların saxlanılması əsas şərtdir. Fəsillərə görə, qidaların dəyişməsi, saxlanılması vacibdir. Belə olduqda, məhsullar vaxtında və sağlıqlı hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.