Ölkə

I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən

15 Aprel 2025 12:21
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci sinfə qəbulda Şəxsi kabinetə giriş "Digital Login" vasitəsilə həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.

Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər.

Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 1 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.