Ölkə

“Embawood”da qalmaqal: işdən çıxarılan var - FOTO

11 Aprel 2025 16:53
Baxış: 1 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Embawood" mebel istehsalı şirkətində qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb.

Milli.Az xəbər verir ki, "Embawood" marketinq meneceri vəzifəsinin tutulması üçün bu gün vakansiya elan edib.

Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.

Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.

Ehtimallara görə, "Embawood"un marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan görüntüləri montaj edərək reklam paylaşımı etməsilə bağlıdır. /Modern.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.