Ölkə

Bu şəxslər hərbi xidmətdən müvəqqəti azad olunur - RƏSMİ

11 Aprel 2025 16:10
Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur.

Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır:

"Təhsil möhləti - Əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam edirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti - Şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi-həkim komissiyasının rəyinə əsasən verilir.

Ailə vəziyyəti - Əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailəsində ağır xəstə, əlil və ya himayəsində azyaşlı varsa - bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.