Ölkə

Bu rayonda diabet xəstələri üçün dərman qıtlığı yarandı

9 Aprel 2025 17:19
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb.

Milli.Az xəbər verir ki, şəkərli diabet xəstələri artıq 2-ci aydır ki, qeydiyyatda olduqları Ucar Mərkəzi Rayon Xəstəxanasından (MRX) dövlət tərəfindən onlara təyin edilmiş pulsuz dərmanları ala bilmirlər.

Bu, xəstələrin səhhətində problemlərin yaranmasına səbəb olub. Şikayətçilər bildirib ki, həkim diaqnozu əsasında təyin edilmiş dərmanların azad satışı olmadığından çıxılmaz vəziyyətə düşüblər. Onlar şikayətlərinin nəticəsiz qaldığını bildiriblər:

"Xəstəxanadan deyirlər ki, müvafiq qurumlar tələbata uyğun dərman göndərmir, bu səbəbdən xəstələr dərmanla təmin edilmir".

"Ucar Mərkəzi Rayon Xəstəxanası" PHŞ-nin Farmokonəzarət sektoru və aptekinin müdiri Qüdrət Qarayev APA-ya bildirib ki, məsələdən xəbərdardırlar.

Onun sözlərinə görə, Ucarda 2976 şəkər xəstəsi qeydiyyata alınıb: "Biz müvafiq qurumlara tələbata uyğun dərman vasitələrinin göndərilməsi barədə sorğu göndəririk. Baş idarə isə dərman vasitələrinin təxminən 50 faizini göndərir. Bu səbəbdən xəstələrimizi dərmanla təmin edə bilmirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.