Ölkə

Virtual biznes oyununa qoşuldu, "mən yandım, siz yanmayın" deyir - VİDEO

9 Aprel 2025 00:19
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Virtual biznes oyununa qoşuldu, indi isə gənclərə "mən yandım, siz yanmayın" deyir

İnvestisiya layihəsi adı altında virtual biznes oyununa qoşulub gəlir əldə etmək istədi, külli miqdarda pulundan oldu... Əvvəlcə 5 dollara onlayn bina alıb, günlük müəyyən məbləğdə gəlir əldə edib... Sonra yatırım məbləği artdıqca, gəliri də artıb. Bir gecədə isə bütün pulları yox olub...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, adının efirdə çəkilməsini istəməyən zərərçəkənin 26 yaşı var. O, deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Belə ki, illərdən bəri inanıb izlədiyi, 1 milyondana artıq izləyicisi olan youtuber bu oyunu reklam edib, ondan gəlir əldə etdiyini açıqlayana qədər.

Hüquqşünas Şamil Paşayev isə deyir ki, onlayn investisiya yatırmaq istəyən şəxs reklamlara aldanmamalı, informaisya texnologiyaları sahəsində biliyi olan şəxslə, həmçinin hüquqşünasla məsləhətləşməlidirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlara sosial şəbəkələrdə müxtəlif şirnikləndirici "pul qazan" adlı oyunların oynanılması təklif edilir. Amma zərərçəkənlər bilmir ki, bu, onlar üçün növbəti tələnin başlanğıcı olur. Ona görə də vətəndaşlara belə vədlərə inanmamaları və diqqətli olmaları tövsiyə edilir.

Daha ətaraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.