Bakıda qeyri-adi cinayət: Üzərində “etibarsızdır” yazılan 60 minlik dollar satdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda üzərində "etibarsızdır" yazılan 60 min dollar sataraq 102 min manat ələ keçirən şəxs bir neçə saat sonra saxlanılıb. O, ələ keçirdiyi pulun 9400 manatını xərcləməyə macal tapıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 44 yaşlı Rövşən uzun müddət beynəlxalq maliyyə bazarlarında, investisiya sahəsində çalışıb, beynəlxalq birjalarda treninqlərin təşkili ilə məşğul olub.
Lakin bu sahədə son zamanlarda fəaliyyəti uğurlu alınmadığından borcları yaranıb, gündəlik xərclərini qarşılaya bilməyib.
Bundan sonra düşünüb ki, pul tapsın və birja sahəsində işini davam etdirsin. Ağlına saxta dollar əskinasları əldə edib onu Azərbaycan manatına çevirmək gəlib. Bu məqsədlə 60 minlik "etibarsızdır" dollar kağızları əldə edib. Həmin kağız pulların üzərindəki "etibarsızdır" yazılarının görünməməsi üçün rezinlə bağlayıb.
Rövşən saxta pulları manata çevirmək üçün adam axtarmağa başlayıb. O, tez-tez getdiyi "İçərişəhər"də yerləşən "Sehirli təndir" restoranında administrator işləyən Elxan adlı şəxsə müraciət edib. Elxan pulunun olmadığını deyib. Bir müddət sonra Elxan Rövşənə zəng edərək Elnur adlı tanışının dollar almaq istədiyini deyib.
Bundan sonra Rövşənin danışığı Elnur və Müzəffər adlı şəxslərlə olub. 60 min dolları 102 min manata dəyişməyə razılaşıblar. Görüşə gələn zaman Rövşən tələsdiyini deyib. 102 min manatı alandan sonra üzərində "etibarsızdır" yazılan 60 min kağız dolları Müzəffərə verib. Müzəffər dolları saymağa, açmağa macal tapmamış Rövşən oradan qaçıb. Sonra da telefonunu söndürüb.
Rövşən pulu aldıqdan sonra borclarını ödəyib, evə marketdən bazarlıq edib, icarəyə götürdüyü maşının pulunu ödəyib, cərimələrini ödəyib və qeyri-rəsmi münasibətdə olduğu xanımın bəzi xərclərini qarşılayıb. Özünə "iPhone" markalı telefon alsa da, sonradan onu da xanıma hədiyyə edib.
Rövşən icarəyə götürdüyü maşında olan zaman mülki geyimli polislər tərəfindən saxlanılıb. Pulun qalan hissəsi maşının yük yerindən aşkar edilib. Rövşən ələ keçirdiyi pulun 9400 manatını xərcləyibmiş.
Məhkəmənin hökmü ilə Rövşən 6 il 6 ay müdddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu





