Ölkə

Bu metrostansiya "Dərnəgül"dən gələn qatarlara BAĞLANACAQ

7 Aprel 2025 18:16
Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi "Dərnəgül" elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması üçün təxminən 200 metrə yaxın "Cəfər Cabbarlı" və "Nizami" stansiyasiyaları arasında əlaqə yaratmaq üçün tunelin inşası planlaşdırılır".

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

Beləliklə, həmin dövrdə "Qırmızı" xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Nəticədə qatarlar "İçərişəhər"- "Əhmədli" istiqamətində hərəkət edəcək.

Nəticədə məlum olub ki, "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May" stansiyası qismən bağlanacaq. Belə ki, "28 May"dan "Dərnəgül" istiqamətində qatarların hərəkəti olmayacaq. Qatarlar "Dərnəgül"- "Nizami" stansiyaları arasında hərəkət edəcək. Bu zaman həmin xəttə "Dərnəgül" elektrik deposu xidmət göstərəcək.

Bu da "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən sərnişinlərin altı ay müddətinə müəyyən çətinliklərlə üzləşəcəyini qaçılmaz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory