Ölkə

“İçərişəhər” stansiyasında YENİLİK

7 Aprel 2025 13:43
Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı metropoliteni" QSC-də qatarların hərəkətinin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Buna görə Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür.

Milli.Az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Yaşıl xətdə də funksional fəaliyyət üçün "Xətai" stansiyasından sonra xəttin inşasının davam etdirilməsi üçün nəzərdə tutulmuş 10 stansiyadan 4-ü bu istiqamətdə tikiləcək.

Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı "Y-15" olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan "Y-15" stansiyasından başlanaraq, "Xətai" stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı "Y-14" olan stansiyanın inşası da tamamlanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.