21:28
Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev şəhid övladıdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.
O, Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır.
Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.
Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
-----------
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.
Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Milli.Az