Ölkə

Günlərlə tənha buraxılan körpə Bakıya gətirildi

26 Mart 2025 18:08
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda günlərlə evdə ac qalan 1 yaş 2 aylıq körpə Bakıya gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə publika.az-a "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

"Artıq uşaq 1 saylı xəstəxanaya yerləşdirilib. Sabah yanına gedəcəyəm, vəziyyəti ilə bağlı son durumu öyrənəcəyəm", - o qeyd edib.

Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı bildirilib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.