Ölkə

Bu xəstəxanaya gələn sürücülər tez-tez CƏRİMƏLƏNİR - VİDEO

19 Mart 2025 10:56
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda dayanma-durmanı qadağan edən nişan olan yerdə avtomobillər saxlanılır.

Söhbət paytaxtın Nizami rayonu, Yavər Səfərov küçəsində yerləşən Nizami Tibb Mərkəzinin yaxınlığındakı ərazidən gedir.

Milli.Az  bildirir ki, sakinlər deyir ki, tibb məntəqəsinə gələn sürücülər avtomobili saxlamaq üçün yer tapa bilmirlər. Buna görə də məcburiyyətdən maşınları yolun kənarında park edirlər. Nəticədə həm cərimə olunurlar, həm də ərazidə sıxlıq yaranır.

Vətəndaşların şikayəti ilə bağlı AYNA-dan bildirildi ki, Yavər Səfərov küçəsində yolun eni 6-7 metr aralığında dəyişir. Yolda qarşılıqlı hərəkətin rahatlığını təmin etmək və sıxlığın qarşısını almaq üçün yolun bir istiqamətində dayanma və durmanı qadağan edən nişan  quraşdırılıb. Bu nişan avtomobillərin hər iki istiqamətdə sərbəst hərəkətini təmin edir və xüsusilə Nizami Tibb Mərkəzinə gedən yolu açıq saxlayır. Sözügedən yol nişanının ləğv edilməsi avtomobillərin yolun hər iki tərəfində parklanması, yolun eninin daralması, qarşılıqlı hərəkətin çətinləşməsi ilə nəticələnəcək. Yolda sıxlıq yaranacağı təqdirdə isə xüsusilə təcili tibbi yardım xidmətinin fəaliyyətinə maneə yaranacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, yol polisi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülür. /Xəzər TV

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.