Ölkə

Onların maaşlarının məbləği yeni redaksiyada təsdiqləndi

17 Mart 2025 17:56
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

[DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib]
17 mart 2025 17:07 (UTC +04:00)

Nazirlər Kabineti "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında" qərar verib.

Milli.Az bildirir ki, qərara əsasən, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif)

maaşlarının məbləğləri", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.

Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.

Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarda nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyənləşdirməlidir.

Qeyd olunmuş tədbirin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, yeni mühafizə xidməti tariflərinin təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyənləşdirməlidir.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.