Ölkə

Milli Qəhrəmanın atası vəfat etdi - FOTO

14 Mart 2025 22:15
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yusifovun atası Nəsir Yusifov 93 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum sabah Tovuz rayonunun Ağdam kəndində dəfn olunacaq.

Qeyd edək ki, N. Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulub. O, 1990-cı ildə yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il 24 martda Tovuz rayonunun Koxa - Nəbi kəndində gedən gərgin döyüşdən sonra N.Yusifov özü ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. O, düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur. 

Azərbaycan Prezidentinin Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.