Ölkə

Sürücülərin hazırlanması ilə bağlı əsasnamə dəyişdi

13 Mart 2025 17:34
Baxış: 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə"yə əlavələr edilib. 

Əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

Hazırlığı AYNA, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.