Ölkə

"Azsığorta"nın rəhbərliyində dəyişiklik

13 Mart 2025 10:05
Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azsığorta" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Milli.Az bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev DŞ-nin müstəqil üzvü təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsinə isə hazırda hər hansı təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl bu ilin yanvar ayında Abid Mamedov "Azsığorta" ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb.

Bununla da, "Azsığorta"nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Sığorta şirkətinin Direktorlar Şurasının digər üzvü isə Elnur Qurbanovdur.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.