Ölkə

FETÖ-yə görə saxlanılan universitet müəlliminə hökm oxundu

12 Mart 2025 19:06
Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan şəxslərdən daha biri - 1980-ci il təvəllüdlü Ruslan Əliyevə hökm oxunub.

Abşeron Rayon Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.

Araşdırmalarla müəyyən edilib ki, Ruslan Əliyev "Yurd" mərkəzinin direktoru və keçmiş "Qafqaz" Universitetinin müəllimidir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan R.Əliyevin avtomobilindən və yaşadığı evdən FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin çoxsaylı kitabları və saxta pullar, digər çap nümunələri və təbliğat vasitələri götürülüb.

Məhkəmənin hökmü ilə Ruslan Əliyevə 5 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev və İlkin Həşimli saxlanılmışdı.

Bir neçə gün əvvəl Binəqədi Rayon Məhkəməsi İlkin Həşimliyə də 5 il 6 aylıq həbs cəzası verib. (qafqazinfo)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.